02.06.2016

1 iyun –Uşaqların Beynəlxalq Müdafiə Günüdür 

1 iyun –“Uşaqların Beynəlxalq Müdafiə Günü “ dünyanın bütün ölkələrində qeyd olunur.Bu məqsədlə 01 iyun 2016-cı ildə Masallı rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi.

Tədbirdə 200 nəfərdən artıq adam iştirak edirdi.Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,abidənin önünə gül dəstələri qoydular. Sonra isə uşaqların əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirildi. Tədbirdə Masallı RİH-nin əməkdaşı N.Əliyeva, ATİAHİ Masallı RK-nin sədri S.Eyvazov, Masallı RTŞ-nin metodisti M.Əzimova ,”Cənub Xəbərləri “ qəzetinin təsisçisi Z.Əmənov və digər qonaqlar təbrik nitqi ilə çıxış etdilər.Tədbirdən sonra uşaqlara hədiyyələr paylandı.