24.08.2017

    Masallı Təhsilinin uğuru.    

              Bayramlı  Sərhət Möhübbət oğlu 2000- ci ildə Masallı rayon Təzə Alvadı kəndində anadan olmuşdur.2006-cı ildə həmin məktəbin I sinfinə daxil olmuş, 2016-2017-ci tədris ilində isə həmin məktəbin XI sinfini bitirmişdir.Buraxılış imtahanında 100% nəticə qazanmışdır.Yaz qəbul imtahanında 663,yay qəbul imtahanında 677 bal toplamışdır.Hazırda o, ADİU-nin  Beynəlxalq İqtisadiyyat fakultəsinin  Maliyyə ixtisasına qəbul olmuşdur.O, həmçinin fənn olimpiadalarının respublika mərhələsində iştirak edərək üçüncü yeri tutmuş və Təhsil Nazirliyi tərəfindən bürünc medala layiq görülmüşdür.Bayramlı Sərhət eləcə də təhsildə  qazandığı  uğurlara görə Təhsil Nazirliyi tərəfindən xüsusi  nümunəvi  attestat və qızıl medalla təltif olunmuşdur. Bununla bağlı 22.08.2017-ci il tarixdə Masallı rayon Təhsil Şöbəsində Sərhət Bayramovla görüş kecirilmişdir.           Görüşdə  Rayon Təhsil Şöbəsinin  müdiri Tariyel Əkbərov  təhsildə qazanılan uğurlar haqqında geniş danışaraq bildirdi ki,2016/2017-ci tədris ilində rayonun ümumtəhsil müəssisələrinin XI sinfini bitirmiş məzunlardan 721 nəfəri  ali məktəblərə sənəd vermiş, onlardan 520 nəfəri ixtisas seciminə buraxılmışdır. Eyni zamanda məzunlarımızdan 92 nəfəri  500-700 arası bal toplayaraq tələbə adını qazanmışdır. Son illərdə təhsil sahəsində aparılan islahatların nəticəsi kimi Masallı rayonu üzrə buraxılış imtahanlarının və ali məktəblərə qəbul imtahanlarının nəticələrində  müsbət dinamika müşahidə olunur.

           Sərhət Bayramov öz çıxışında elm və təhsilə böyuk diqqət yetirən, savadlı kadrların yetişməsini daim nəzarətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə,Təhsil Nazirliyinə,  eyni zamanda onun uğur  qazanmasında əməyi olan müəllimlərinə minnətdarlıq etdi.

          Bayramov Möhübbət  Əlibala oğlu çıxış edərək bir valideyin kimi övladıyla  qürur duyduğunu bildirdi. O,Sərhətin  təhsil almasında rolu olan bütün müəllim kollektivinə minnətdarlıq etdi. Görüşün sonunda xatirə səkilləri çəkildi.


Açar sözlər: