31.08.2017

Təhsilimizin uğurları.

        

        30.08.2017-ci il tarixdə Masallı rayon ümumtəhsil məktəbləri üzrə Ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş kecirilmişdir.Görüşdə Masallı RİH başcısı Rafil Hüseynov və rayonun digər rəsmi şəxsləri iştirak etmişlər. Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel  Əkbərov çıxış edərək bildirmişdir ki,son illər Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də müsbət dinamika özünü göstərir. Bu da ölkə rəhbəri cənab Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Elə bu diqqətin və qayğının nəticəsidir ki, rayonumuzda  məktəblərin tikinti və infrastrukturunda yenilənmə baş verir. Son 10 ildə 50-dən çox məktəb tikilib və əsaslı təmir edilmişdir. Bu  məktəblərin tikintisinin əksəriyyəti son 5 ilə təsadüf edir.

   Cənab Prezidentin və  I vitse-prezidentin diqqət və qayğısına cavab olaraq bizim də borcumuz daha keyfiyyətli təhsilin inkişafını təmin etməkdir. Bu məqsədlə var gücümüzü səfərbər edirik. Bu sahədə müəyyən uğurlar əldə etmişik. Belə ki,buraxılış imtahanlarının nəticəsinə görə ötən illərə nisbətən müəyyən uğurlar əldə edilmişdir. Belə ki, 2016/2017-ci tədris ilində XI sinfi bitirmiş 1560 şagirddən  721 abituriyent (46%) ali məktəblərə sənəd vermiş, onlardan  448 nəfər (62%) tələbə adını qazanmışdır. Onlardan qızların sayı 152 nəfər (34%) təşkil edir. Abituriyentlərdən  62 nəfər 500-600 bal, 30 abituriyent isə 600-dən çox  bal toplamışdır.

     Son bir neçə ildə rayon üzrə Respublika fənn olimpiadasının qalibi, fərqlənmə attestatı və qızıl medal alan şagird olmamışdır. 2016/2017-ci tədris ilində isə Təzə Alvadı kənd 1 saylı tam orta məktəbin məzunu Bayramlı Sərhad Möhübbət oğlu Respublika fənn olimpiadasında III yerin sahibi olmuş və bürünc medalla təltif edilmişdir. Həmin şagird eyni zamanda orta məktəbi qızıl medalla bitirmiş, fərqlənmə attestatı almış  və 677 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuşdur.Daha üç şagird isə fərqlənmə attestatı almışdır. 

         Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə 2017-2018-ci tədris ili ”Ümumi təhsildə kefiyyət ili “elan edilmişdir.Bu əmr qarşımıza mühüm vəzifələr qoyur.Təhsilin kefiyyətini yaxşılaşdırmaq ,ölkəmiz ücün layiqli vətəndaş yetişdirmək biz təhsil işcilərinin əsas vəzifəsidir.

       Təhsil işçiləri adından Respublika Prezident cənab İlham Əliyevi , Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanı əmin edirik ki, rayonumuzda təhsilin inkişafını təmin etmək üçün var gücümüzdən istifadə edib,şagirdlərimizin daha yaxşı təhsil almasını və cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsini təmin edəcəyik.

    Tələbələrlə görüşdə geniş çıxış edən Masallı Rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun uğurlarından ,gözlənilən yeni tikililərdən geniş söhbət açdı,tələbələrə uğurlar arzuladı.

    Tədbirdə Masallı qəsəbə tam orta məktəbinin şagirdi 695 bal toplamış İltifatlı Aysun Novruz qızı,Təzə Alvadı 1saylı kənd tam orta məktəbin şagirdi Bayramlı Sərhəd Möhübbət oğlu,Respublikanın Əməkdr müəllimi,Tərəqqi medallı Mirqabil Hüseynov və eləcə də bu il 1-ci sinfə gedəcək uşaqlar çıxış etdilər.

  Görüşün sonunda tələbələrə  hədiyyələr verilmişdir.

 


Açar sözlər: