13.09.2017

Masallı təhsil işçilərinin ənənəvi Sentyabr konfransı.  

          12 sentyabr 2017-ci il tarixdə Masallı rayon müəllimlərinin ənənəvi sentyabr konfransı kecirilmişdir. Tədbir öncəsi rayonun pedaqoji ictiamiyyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin  abidəsi  ziyarət edilərək ,xatirəsi yad edildi. Konfransda Masallı RİH-nın başcısı Rafil Hüseynov,Təhsil İnstitutunun şöbə müdiri İlham Cavadov və digər rəsmi qonaqlar iştirak edirdi. Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov geniş məruzə edərək ,kecən dərs ili ərzində qazanılan uğurlardan və aşkar edilən nöqsanlardan danışdı.Miyənkü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov, Məmmədxanlı kənd ümumi orta məktəbinin müəllimi Elşən Əliyev cıxış edərək 2017-2018-ci tədris ilində qazanılan uğurlardan danışdılar.Sığıncaq kənd tam orta məktəbinin gənc müəllimi 58 bal toplamış ,Əsmər Bayramova çıxışında Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanının obyektivliyini xüsusi qeyd etdi. Ali məktəbə yüksək balla qəbul olmuş Təzə Alvadı 1 saylı tam orta   məktəbin məzunu Bayramlı Sərhəd Möhübbət oğlu və Sığdaş kənd tam oprta məktəbin məzunu Sadıxova Şəfa Zöhrab qızı öz çıxışlarında Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevə və Təhsil Nazirliyinə onlar üçün  yaradılan şəraitə görə  minnətdarlıqlarını bildirdilər .Eyni zamanda onlara dərs demiş müəllimlərə təşəkkür edərək konfrans iştirakçılarını vətənə layiqli övlad kimi yetişəçəklərinə ,yüksək ixtisaslı kadr olmağa səy göstərəcəklərinə əmin etdilər.

       Təhsil İnstitutunun şöbə müdiri İlham Cavadov konfrans iştirakcılarına Azərbaycan təhsilinin bu günkü səviyyəsi haqqında məlumat verdi və təhsili inkişaf etdirmək yolları haqqında danışdı.

       Masallı RİH-nin başçısı  Rafil Hüseynov öz cıxışında təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı və tədrisin keyfiyyətini yüksəltmək üçün tövsiyələrini verdi.

      Konfransın qətnaməsini Masallı RTŞ-nin böyük məsləhətçisi Qoşqar Hətəmov oxudu.Yekunda konfrans iştirakçılarının Azərbaycan Respublikası Prezdenti cənab İlham Əliyevə müraciəti qəbul edildi. Bununla da konfrans öz işini başa çatdırdı.

 

 


Açar sözlər: