19.09.2017

Gənc müəllimlərlə görüş.

         2017-2018-ci tədris ilində Masallı rayonu üzrə müxtəlif fənnlərdən 300 iş yeri  vakant  göstərilmişdir. Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən müəllimlərin  100-ə yaxını müvəffəqiyyətlə imtahan verərək, vakant yerlərə  təyin olunmuşlar. Onların arasında Azərbaycanın digər rayonlarından gələn müəllimlərin sayı da az deyil. Gənc kadrlarların iş yerində, yaşayış yerində yarana biləcək problemlərin həlli məqsdi ilə Masallı rayon Təhsil Şöbəsində 18.09.2017-ci il tarixdə  görüş  keçirildi. Tədbirdə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov cıxış edərək işə təyin olunan müəllimləri təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı və bildirdi ki, iş prosesində onlara diqqət və qayğı ilə yanaşacaqdır. Sonra isə tədbir iştirakcılarını maraqlandıran suallara cavab verildi.


Açar sözlər: