19.09.2017

Masallıda məktəb aclışı.

       

         Masallı rayon Miyankü ərazisində16 sentyabr 2017-ci il tarixdə şəhid Eldar Xamiyev adına Kubin kənd ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binasının açılış mərasimi oldu.

         Tədbiri giriş sözü ilə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etdi ki, yeni məktəb tədrisinin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq. O, tədbir iştirakçılarını-valideynləri, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya dərin minnətdarlıq bildirdi.

         Eldar  Xamiyev adına Kubin kənd ümumi orta məktəbinin müəllimi Mətanət Babayeva çıxışında həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə möhtərəm Prezident cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya, AzKİL-in inşaatçılarına dərin minnətdarlıq bildirdi.

       Tədbirdə Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə İctimai İnkişaf Praktika meneceri Nina Bak və başqaları çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli Azərbaycan dövlət başçısının ölkədə təhsilə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
          Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbirə toplaşanları salamlayıb qeyd etdi ki, yeni məktəb tikintisinin icraçısı  AzKİL  ölkəmizin  altı regionunda infrastruktur layihələrini hazırlayıb icra etmək üçün kənd icmalarına yönəldilən,  Azərbaycan  Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihədir. Kubin kəndində layihənin həyata keçirilməsi sevindirci haldır. İcra başçısı rayonun ucqar kəndində tıkiılmiş yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. Bundan əvvəl də daha 2 kənddə,  Mololon kəndində bir mərtəbəli məktəb binası , Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Meşəkənarı kəndində isə modul tipli yeni məktəb tikintisinin reallaşğını açıqlayan sözçü hamının adından möhtərəm Prezident  cənab İlham Əliyevə, Azərbaycan  Respublikasının  birinci  vitse- prezidenti  Mehriban Xanım Əliyevaya  və  layihənin icraçıları olan AzKİL inşaatçılarına minnətdarlıq ünvanladı.
        Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə İctimai İnkişaf Praktika meneceri Nina Bak məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Sinif otaqlarına baxış keçirildi. 60 yerlik Kubin kənd ümumi orta məktəbində 50 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 10 müəllim məşğul olacaq. Məktəbdə 7 sinif otağı, kompüter, direktor və müəllimlər otağı mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunmuşdur.

 


Açar sözlər: