20.09.2017

Məktəb direktorları ilə görüş.

      19.09.2017-ci il tarixdə Masallı rayon ümumi təhsil məktəblərinin direktorları ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi  Ə. Adıgözəlovun görüşü kecirildi.Görüşdə Ə. Adıgözəlov təmayül siniflərinin təşkili və tədris planı haqqında məlumat verdi.O,eyni zamanda məktəblərin rasionallaşdırılması haqqında danışdı.Dərs saatlarının DQ-nin nəticələrinə uyğun aparılmasını bildirdi və  məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirdi. Masallı RTŞ-nin müdiri T.Əkbərov  çıxış edərək Ə. Adıgözəlova faydalı  görüşə  görə minnətdarlığını bildirdi və qeyd etdi ki,bu il tədrisdə keyfiyyət ili elan olunmuşdur.Buna görə də tədrisin keyfiyyəti  istiqamətində mühüm işlər aparılacaqdır.


Açar sözlər: