Masallıda “Breyn rinq ” intellektual bilik yarışı üzrə rayon birinciliyi.  

        22 sentyabr 2017-ci il tarixdə Masallı rayon Təhsil şöbəsi və Gənclər və İdman İdarəsi ilə birlikdə  “ASAN həyat” kompleksində yerləşən “ASAN İntellektual” inkişaf mərkəzində Masallı ümumtəhsil məktəbləri arasında “Breyn rinq ” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın əsasnaməsinə uyğun olaraq Breyn rinq oyununa start verildi. E.Əhədov adına Təzə-Alvadı kənd 1 saylı tam orta məktəbinin , Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin, Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin, İ.Nağıyev adına Boradigah 2 saylı tam orta məktəbin komandaları birinci mərhələnin qalibi kimi ikinci tura vəsiqə qazandılar. 
İkinci mərhələdə də intellektual bilik səviyəsində rəqibərindən öndə olan E.Əhədov adına Təzə-Alvadı kənd 1 saylı tam orta məktəbin komandası I yerə layiq görldü. İ.Nağıyev adına Boradigah 2 saylı tam orta məktəbin komandası II yerə,  Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbin və Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin komandaları müvafiq olaraq III yerlərə layiq görüldülər.Qalib gəlmiş komandalar  diplomlarla  mükafatlandırıldılar.


Açar sözlər: