06.10.2017

5 Oktyabır Beynalxalq müəllimlər günü.

         5 oktyabr 2017 –ci ildə Masalli rayonu H.Əliyev  Mərkəzində Beynəlxalq Müəllimlər gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir öncəsi rayonun təhsil işçiləri tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilərək ,xatirəsi yad edildi.  Tədbirdə  Masallı rayon ümumtəhsil məktəblərinin direktorları və qabaqcıl müəllimləri iştirak edirdi. Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov  çıxış edərək müəllimləri təbrik etdi, səmimi arzularını bildirdi. O qeyd etdi ki, Dövlətimiz həmişə müəllim adını , müəllim əməyini yüksək tutub . Hər il olduğu kimi , bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. Bəli , bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür . Bu bayram 100 - dən çox ölkədə qeyd olunur . Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərancamı ulu öndər Heydər Əliyev vermişdir . Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli  lider Heydər Əliyev deyirdi : ”Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar , xalqına , millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Bu onu göstərir ki , ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət vermiş , onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul etmişdir.

Rayon rəhbərliyi tərəfindən də təhsil işçilərinə göstərilən qayğı qabarıq şəkildə hiss olunur . Buna cavab olaraq bu il ali məktəblərə qəbul olunan abituriyentlərin sayı 448 nəfər , onlardan 152 nəfəri qızlardır . 600 – dən yuxarı bal toplayan abituriyentlərin sayı 30 nəfərdir , onlardan 11 nəfəri qızlardır.Ali məktəbə daxil olmuş 60 nəfərdən çox abituriyent məhz müəllim peşəsini seçmişdir . Bu da əvvəlki illərə nisbətən xeyli çoxdur.

          Məlumdur ki , Azərbaycan Respublikası Təhsil naziri cənab Mikayıl Cabbarov 2017/2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili “elan edilməsi barədə 28.08.2017-ci il tarixli , 261 nömrəli əmr vermişdir . Bununla əlaqədar olaraq təhsil işçilərinin qarşısında böyük vəzifələr qoyulduğunu hiss edir və yeni dərs ilində böyük uğurların qazanılmasına siz müəllimlərlə nail olacağıq .

         Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı ənənəyə uyğun olaraq , bu ilki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb . Təltif olunanlar arasında rayonumuzun Mahmudavar kənd tam orta məktəbinin müəllimi Abdullayeva Adilə Nəbi qızının da adı vardır və "Tərəqqi" medalı ilə təltif edilmişdir ki , bu da Masallı təhsilinə olan qayğının nəticəsidir . Ümumilikdə Masallı rayonu müəllimləri arasında 14 müəllim “Əməkdar Müəllim” fəxri adına , 7 müəllim isə “Tərəqqi”medalına layiq görülmüşdür . Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün 1-ci qrant müsabiqəsi keçirmişdir . Rayon üzrə 10 məktəb və 3 müəllim bu müsabiqəyə qatılmış və Təzəkənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Nəhmətov Peyman Mühəndis oğlu bu müsabiqənin qalibi olmuşdur . Biz belə müəllimlərlə fəxr edirik.

 

        Masallı RİH  başçısı Rafil Hüseynov çıxış edərək  təhsil sahəsində qazanılan uğurlardan danışdı, rayon müəllimlərininin qarşısında duran vəzifələr barədə tövsiyələrini  verərək müəllimləri  peşə bayramı münasibətilə təbrik etdi. Sonra söz alan əməkdar müəllim M. Hüseynov ölkə rəhbərinə təhsilə göstərdiyi qayğıya görə minnətdarlığını bildirdi və müəllimləri bayram münasibətilə təbrik etdi. Qabaqcıl müəllimlərdən bəziləri fəxri fərmanlarla mükafatlandırıldı. Gənc müəllimlərdən Diniyeva Nuray Dadaşbala qızı müəllimləri təbrik edərək , gənclərin qarşısında duran vəzifələrdən danışdı.

        Rəsmi hissədən sonra tədbir çay süfrəsi arxasında davam etdi.  Masallı RİH başçısı müəllimləri narahat edən məsələlərlə maraqlandı.


Açar sözlər: