17.10.2017

X.Məmmədov  adına Xırmandalı kənd tam orta məktəbində   görüş.

        X.Məmmədov  adına Xırmandalı kənd tam orta məktəbində 16 oktyabr tarixdə Masallı RTŞ-nin müdiri Tariyel  Əkbərov  , Masallı RTŞ-nin müdir müavini Samit İslamov,   ATİAHİ-in sədri Səfail  Eyvazov,  RTŞ-nin əməkdaşları  və RİH-nin nümayəndəsi Ceyhun Bəşirovun iştirakı ilə  VMA-nın üzvləri arasında  görüş kecirildi. Görüşdə məktəblə bağlı problemlər müzakirə edildi. Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov  çıxış edərək məktəbin göstəriçilərinin zəif olması, şagirdlərin məktəbə davamiyyətinin aşağı səviyyəsi, valideyinlərin məktəbə laqeyd münasibəti  haqqında danışdı. O, eyni zamanda dq-də zəif nətiçə göstərmiş müəllimlərin öz üzərində işləməməsini xüsusi vurğuladı. RTŞ-nin əməkdaşı Q.Fətullayev məktəbin dərs bölgüsü haqqında məlumat verdi , nəticəsi  zəif olan müəllimlərə minimum dərs saatının verilməsini əsaslandırdı. Valideyin və müəllimlərdən çıxış edənlər onları narahat edən problemlərdən danışaraq, RTŞ-dən və RİH-dən bu problemlərin tezliklə aradan qaldırılması üçün yardım istədilər.Bu şəkildə görüşlər rayonun bütün məktəblərində təşkil olunacaqdır.


Açar sözlər: