16.11.2017

                 Masallı  şəhər 3 saylı tam orta məktəbi.

               15 noyabr 2017-ci il tarixdə   Masallı  şəhər 3 saylı tam orta məktəbində Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov və RTŞ-nin əməkdaşlarının iştirakı ilə məktəb müəllimləri , VMA-nın üzvləri arasında görüş keçirildi. Görüşü məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini Nailə Əsədullayeva  açıq elan edərək məktəb haqqında məlumat verdi. Görüşdə məktəblə bağlı məsələlər müzakirə edildi. Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov çıxış edərək “Təhsildə keyfiyyət ili” çərçivəsində rayon təhsilinin qarşısında duran vəzifələrdən danışdı. Məktəbin göstəriçiləri , bu göstəricilərin yüksəldilməsi yolları müzakirə olundu. Valideynlərdən Səfərov Vurğun, Səmədov Ramal, Əkbərova Solmaz və digərləri çıxış edərək onları narahat edən məsələlərdən danışdılar, Bu məsələlərin həlli üçün məktəbin pedoqoji kollektivi ilə birgə səy göstərəçəklərini bildirdilər.

 


Açar sözlər: