29.11.2017

4 saylı Digah  tam orta məktəbində VMA-nın iclası keçirilib

4 saylı Digah  tam orta məktəbi VMA-nın növbəti iclası keçirildi. İclasda Masallı RTŞ-nin müdir müavini Samit İslamov və məktəbin rəhbər işçiləri çıxış edərək ölkədə aparılan təhsil islahatlarından söhbət açdılar və son illərdə bu sahədə görülmüş işlərdən danışdılar.

Masallı RTŞ-nin müdir müavini Samit İslamov  2017/2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə pedaqoji kollektivə və valideynlərə məlumat verdi.O,həmçinin ötən tədris ilində məktəb üzrə IX və XI siniflərin buraxılış imtahanlarının nəticələrini təhlil edərək qeyd etdi ki, cari tədris ilində təlimin keyfiyyətinin yüksəldilməsindən ötrü müvafiq işlər görülməlidir . Məktəb üzrə təlim-tərbiyənin mövcud vəziyyəti,qarşıda duran vəzifələr və s.barədə müzakirələr aparılaraq valideyn və müəllimlərin təklifləri dinlənildi və müvafiq qərarlar qəbul olundu.VMA-nın yeni heyəti seçildi.


Açar sözlər: ,  ,