01.02.2018

 Keyfiyyət iliylə bağlı “Dəyirmi masa”.

        “Təhsildə keyfiyyət ili”çərcivəsində tədbirlər planına uyğun olaraq 01.02.2018-ci il tarixdə Masallı rayon H.Əliyev mərkəzində qabaqcıl     təcrübə numunələrinin təbliği sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə dəyirmi  masa keçirilmişdir.Dəyirmi masada qabaqcıl, peşəkarlıq səviyyəsi yüksək olan təcrübəli ,bacarıqlı məktəb müəllimləri, direktorları  və  RTŞ-nin əməkdaşları  iştirak etmişlər.Tədbirdə “Keyfiyyət ili”  ilə bağlı fikir mübadiləsi aparılmış və növbəti  yarımildə nəzərdə  tutulmuş  məsələlərin həlli üçün lazımı təkliflər irəli sürülmüşdür.