27.02.2018

Xocal faciəsinin anım günü

            Masallı şəhər N.Nərmanov adına 2 saylı tam orta məktəbində  Xocalı faciəsinin 26- cı il dönümünə həsr olunmuş "Xocalı-Xalqımızın sağalmaz dərdi"adlı ədəbi-bədii gece keçirildi.Tədbir  vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildikden sonra açıq elan edildi.Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Əzizova , Azərbaycan dili və ədəbiyyat müəllimi Şakir Xəlilov  şagirdlərə bu faciəni unutmamağı və vətəni sevməyi , onu qorumağın vacibliyindən söz açdılar. Məktəbin Tarix müəlimi Asəf Hüseynov  isə Xocalı faciəsi haqqında geniş çıxış etdi.Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirdilər. Məktəb  şagirdlərinin  hazırladığı " Xocalı harayı " kompozisiyası tamaşaçıları göz yaşına boğdu.Çox duyğusal anlar yaşandı.Tədbirin sonunda məktəb kollektivi Xocalı şəhidlərinə qoyulmuş xatirə abidəsini ziyarət etdilər.


Açar sözlər: