05.03.2018

 Qızlar arasında “Breyn-rinq” İntellektual bilik yarışı

          02 mart  tarixdə Masallı Rayon Təhsil Şöbəsi ,  Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə “ASAN” İntellektual Mərkəzində “08 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş rayonun   ümumtəhsil məktəblərinin qızlardan ibarət IX-XI sinif şagirdləri arasında “Breyn-rinq” İntellektual bilik yarışının rayon birinciliyi keçirilib.
        Tədbirin   açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov , Təhsil Şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, gənclərin milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hisslərinin aşılanması, gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışdılar.

          Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri E.Əhədov adına Təzə Alvadı 1 saylı tam orta məktəbin qızlardan ibarət komandası , II yeri Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin qızlardan ibarət komandası, III yeri isə Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbinin qızlardan ibarət komandası tutmuşdur.

           Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif edilib.


Açar sözlər: