24.04.2018

Ümumdünya Kitab və Müəlliflik hüququ günü münasibəti ilə seminar 

        23 aprel Ümumdünya Kitab və Müəlliflik hüququ günü münasibəti ilə Masallı rayonu ümumitəhsil məktəb kitabxanaçıları üçün seminar keçirilmişdir.

        Masallı şəhər 3 saylı tam orta məktəbdə işə başlayan seminar öz işini Heydər Əliyev Mərkəzində davam etdirmişdir.RTŞ-nin metodisti Münəvyar Əzimova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək, onun irsinin öyrənilməsi və təbliği sahəsində məktəb kitabxanaçılarının vəzifələri barədə söhbət aparmışdır.

        Məktəb kitabxana müdirləri Aytən Bağırova, Zeynəb Həsənova, Bürhan Şahbazov və başqaları tarixin Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyət olan ulu öndər  H.Əliyevin mədəniyyətin ayrılmaz hissəsi olan kitabxanalara həmişə diqqət və qayğı ilə yanaşmasını qeyd etmişlər.Onlar bildirmişlər ki, kitabxanalar xalq üçün elm, bilik məbədi sayılır.

        H.Əliyev Mərkəzində məktəb kitabxanaçıları fotostendlərlə, eksponatlarla həmçinin məktəbdə yaradılmış zəngin kitabxana ilə tanış olmuşlar.


Açar sözlər: