30.04.2018

9-cu siniflər arasında Azərbaycan dili fənnindən "Bilik yarışı" keçirilib

Təhsildə Keyfiyyət İli " ilə əlaqədar olaraq təqaüdçü müəllim Zakir Abışovun təşəbbüsü , S.Xəlilov adına Qızılağac 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlllimi Şəhla Fətullayeva və həmin məktəbin təşkilatçı direktor müavini Sahib Məhərrəmovun təşkilatçılığı ilə 9-cu siniflər arasında Azərbaycan dili fənnindən "Bilik yarışı" keçirilib.
Yarışda ”Dəfinə” məktəb- liseyi
, Qızılağac kənd 1 nömrəli, Kalinovka kənd, Yeddioymaq kənd 2 nömrəli, Təzə Alvadı kənd 1 nömrəli və Şərəfa kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Gərgin və maraqlı keçən bilik yarışında Qızılağac 1 saylı tam orta məktəbin şagirdləri I yerə , “Dəfinə” məktəb- liseyinin şagirdləri II yerə, Təzə Alvadı kənd 1 saylı tam orta məktəbi və Kalinovka kənd tam orta məktəbin şagirdləri III yerə layiq görülüblər.

Sonda qaliblərə Qızılağac kənd 1 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən " Fəxri Fərman"lar və "Qızılağac Bələdiyyəsi"nin sədri Şamil Məmmədov tərəfindən pul mükafatları verilib.


Açar sözlər: