04.05.2018

“Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi

         

       04 may  tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Breyn-rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir. 
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq təşkilatçılar adından komandaları salamlamış və çempionatın keçirilməsinin məqsədi və məramı barədə məlumat vermişdir. Camal Manafov, Ümummilli lider Heydər Əliyevin keçdiyi və hər bir gəncə örnək ola biləcək şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açmışdır. 

       Tədbirdə Təhsil şöbəsinin metodisti Gülağa Məmmədov çıxış edərək Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə elmə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı gördüyü işlərdən danışmışdır.
Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin komandası , II yeri N.Nərimanov adına Şəhər 2 saylı tam orta məktəbinin komandası, III yeri isə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası tutmuşlar.

      Qalib komandalar  kubok və diplomlarla mükafatlandırılmışlar.

 


Açar sözlər: