08.05.2018

Ulu öndər H. Əliyevin 95 illik yubileyi münasibəti ilə tədbir kecrilib

         07 may tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Bədəlan kənd tam orta məktəbində tədbir keçirib. Tədbirdə Masallı RTŞ-nin metodisti Əyyar Burhanov, Yeni Azərbaycan Partiyasının nümayəndəsi Ceyhun Bağırov İştirak edirdilər. Tədbirin təşkilatçısı Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Babayeva tədbiri açıq elan etdikdən sonra ilk sözü məktəbin direktoru Arif Mehtiyevə verdi. Məktəbin direktoru Arif Mehtiyev Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə Masallı RTŞ-nin metodisti Əyyar Burhanov, məktəbin tarix müəllimi Allahverən Babayev və dil-ədəbiyyat müəllimi Məhbubə Şahbazova çıxış etdilər. Tədbirin sonunda məktəbin şagirdləri Ulu öndər Heydər Əliyev haqqında şeirlər söyləyiblər.


Açar sözlər: