01.05.2018

“Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. 

          01 may  tarixdə Masallı şəhər 3 nömrəli tam orta məktəbində Ulu öndər H.Əliyevin anadan olmasının 95-ci ildönümunə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə rayonun tam orta məktəblərinin şagirdləri iştirak ediblər. İnşa müsabiqəsinin qalibi Böyük Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi Feyzullayev İqrar olub. Hüseyinhacılı kənd tam orta məktəbinin X sinif şagirdi Abdullayeva Günay II yerə, Qəriblər kənd tam orta məktəbinin IX sinif şagirdi Əmənov Təyyar III yerə layiq görülüblər. Qaliblər Masallı RTŞ-nin fəxri fərmanları ilə mükafatlandırılıb.


Açar sözlər: