10.05.2018

“Dahi şəxsiyyət” adlı tədbir keçirilib

Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə məktəb müəllimlərinin və şagirdlərinin iştirak etdiyi  “Dahi şəxsiyyət” adlı tədbir keçirilib .

Tədbir Heydər Əliyevin xalqımıza ,övladlarımıza xoş arzularını bildirdiyi video lentlə açılıb .Daha sonra məktəbin direktoru Aytən Şükürova Ulu öndər və onun həyat hekayəsi haqqında şagirdləri məlumatlandırıb. Tədbir birincilərin "Heydərbabanın nəvələriyik" mahnısı ilə məktəb şagirdlərinin çıxışları üçün  açıq elan olunub. Məktəbin III sinif şagirdləri "Mən Azərbaycanlıyam" ifası ilə bütün peşələri və vətəndaşlıq borcumuzu çıxışlarında təsvir ediblər. Məktəb rəhbərliyi tərəfindən məktəbin ən fəal şagirdləri və nümunəvi sinifləri fəxri fərmanla təltif ediliblər.


Açar sözlər: ,  ,