14.05.2018

Təzə Alvadı kənd 2 saylı tam orta məktəbdə Əlifba bayramı keçrilib

       12 may tarixində Masallı rayon Təzə Alvadı kənd 2 saylı tam orta məktəbdə Əlifba bayramı keçrilib.Tədbir öncəsi I sinif şagirdləri Heydər Əliyevin abidəsinin qarşısına gül dəstələri qoydular. Sonra, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məktəbdə davam edən tədbirdə məktəbin direktoru Hüseynov Saleh müəllim şagirdləri salamlayaraq, onların gələcək təhsil həyatlarında üğürlar arzulamışdı.Sinif müəllimi Həsənov Şakir şagirdləri haqqında öz fikirlərini söyləmiş, sinfin fəal şagirdlərini fərqləndirərək onlara uğurlar arzulamışdır. Şagirdlər hazırladığı şeirləri,nağılları söyləmişdilər. Xatirə şəkilləri ilə bayram sona catmışdır.