12.05.2018

Ulu öndər H.Əliyevin anadan olmasının 95 illiyinə  həsr olunmuş tədbir

10 may  tarixində Masallı  şəhər 2 saylı tam orta məktəbində Ümummilli lider H.Əliyevin anadan olmasının 95 illiyinə  həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müavinlər, məktəbin pedoqoji kollektivi, şagirdlər, valideynlər iştirak etmişdi.Tədbirə şagirdlərin əl işlərindən ibarət olan sərgiyə baxış ilə başlanıldı.Azərbaycan himni altında 3 rəngli  bayrağımız tədbirə gətirildi.Məktəbin direktoru M.Əzizova H.Əliyevin 95 illiyi ilə bağlı məlumatlar verdi.Tədbir şagirdlərin hazırladığı şerləri,mahnilar və rəqslərlə başa çatdı.

 


Açar sözlər: