15.05.2018

“Zərərli vərdişlərə yox deyək!”

Кalinovka kənd tam оrta məktəbində rayon polis şöbəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçlığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbir videoçarx nümayişi ilə başlayıb. Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Vüqar Əsgərov, Masallı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Üzeyir Sadıqov və məktəbin direktoru Hamil Qəmbərov narkomaniya, dini radikalizm, erkən nikah halları, onların törətdikləri fəsadlardan bəhs etdilər, belə hallara qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdilər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: