17.05.2018

"Vətən, mən sənin keşikçinəm" mövzüsunda tədbir keçirilib

R.Tağıyev adına Tarix Diyarşünaslıq Muzeyində Masallı Rayon Təhsi Şöbəsinin birgə təşkilatçılığı ilə Laçın rayonunun işğalı gününə həsr olunmuş " Vətən, mən sənin keşikçinəm" mövzüsunda tədbir keçirilib.

Tədbiri muzeyin direktoru Tağıyeva Əntiqə  açaraq Qarabağda şəhid olanların xatirəsini yad edib. Laçın rayonunun Qarabağ bölgəsində strateji cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini əsaslı faktlarla tədbir iştirakçılarına çatdırib.

Tədbirdə Təhsil şöbəsinin metodisti Burhanov Əyyar işğal altında olmuş torpaqlarımızın geri qaytarılması yolunda gənclərin öz Vətənin tarixini öyrənilməsində məsuliyyətli olmağını və hər zaman bizə ziyan verə biləcək düşmən qarşısında mətin daynmağlarını məruzəsində xüsusi vurğulayıb. O qeyd edib ki, tezliklə üçrəngli Bayrağımız Qarabağ səmasında dalğalanacaqdır. Ali Baş Komandanın əmri ilə hər bir Azərbaycan vətəndaşı həm Laçın rayonu. həm də bütünlüklə Qarabagın düşmən əsarətindən qurtulması uğrunda mübarizə aparacaq.

 


Açar sözlər: ,  ,