18.05.2018

“Brey- rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi

      18 may tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasınn 100 illik yubileyinə həsr olunmuş Masallı rayon tam orta ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Breyn- rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir. 
      Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq ölkə Prezidentinin imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlərdən, müxtəlif illərdə cümhuriyyət tarixinin öyrənilməsinə laqeyd münasibətdən danışıb, tariximizin bu səhifəsinin tədqiqinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
     Təhsil Şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olduğunu bildirdi.
    Yarışda öz yüksək bilik səviyyəsi və geniş dünyagörüşü, hazırcavablılığı ilə seçilən Bala Kolatan tam orta məktəbinin komandası I yerə, İ.Zülalov adına İsgəndərli tam orta məktəbin komandası II yerə, Dəfinə məktəb-liseyinin komandası III yerə layiq görülmüşdür
    Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomlarla mükafatlandırılmışdır.


Açar sözlər: