06.06.2018

Məktəblimiz “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibi olub

5 iyunun tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatşılığı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinə yekun vurulub. Müsabiqənin qaliblərindən biri Masallı rayon Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Əliyeva Arzu Çinar qizi olub. O, müsabiqədə iştirak edən 110 məktəbli arasında I yerə layiq görülənlərdən biri olub. Qaliblər Təhsil Nazirliyi tərəfindən fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd etmək lazımdır ki, Əliyeva Arzu Çinar qizi bundan əvvəl də bir neçə dəfə müxtəlif müsabiqələrin Respublika mərhələsində iştirak edərək fəxri yerlərin sahibi olub. O, III qrup üzrə qəbul imtahanlarında iştirak edərək, 568 bal toplayıb. Qəbul imtahanlarının ikinci mərhələsində 700 bal toplamağı hədəf seçmişdir. Şagirdimizə uğurlar arzulayırıq.