11.06.2018

2017-2018-ci tədris ilində Masallı təhsilinin uğurları

08 iyun tarixdə Masallı rayon ümumtəhsil məktəb rəhbərləri və bu tədris ilində təhsil sahəsində uğur qazanmış şagirdlərlə birlikdə tədbir keçirilib.Tədbiri giriş sözü ilə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov açaraq 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar Masallı rayon ümumtəhsil müəssisələrində gənc nəslin təlim-tərbiyə olunması,daha keyfiyyətli təhsil alması, layiqli vətəndaş kimi yetişməsi üçün atılan addımlardan danışaraq son 3 ildə Masallı təhsilində dinamik inkişaf olduğunu qeyd edib və bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn olimpiadasının rayon turunda 349 nəfər iştirak edib onlardan 48 nəfəri Lənkəran şəhərində keçirilən zona mərhələsinin yarımfinal turunda iştirak edərək 8 nəfəri finala vəsiqə qazanıb.Onlardan 2 nəfəri finalda uğula çıxış edərək fəxri yerlərə layiq görülüb. Respublika fənn olimpiadasında Qəriblər kənd tam orta məktəbin XI sinif şagirdi Məmmədov Məhəmmədəli Yadigar oğlu fizika fənni üzrə III yerə, Qızılağac 1 saylı kənd tam orta məktəbin IX sinif şagirdi Səfərli Toğrul Əhməd oğlu coğrafiya fənni üzrə III yerə layiq görülüb.

Yeddioymaq 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Əmənov Məmmədbağır Eyvaz oğlu Rusiyanın Azərbaycandakı səfirliyinin Təhsil Nazirliyi ilə birgə keçirdiyi rus dili və ədəbiyyatı üzrə Respublika Olimpiadasının final mərhələsində I yerə layiq görülüb.

Ədəbiyyat biliciləri” Respublika müsabiqəsinin final mərhələsində Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin XI sinif şagirdi Əliyeva Arzu Çinar qızı I yerə layiq görülüb.

LDU - nun keçirdiyi fənn olimpiadasında Digah 4 saylı tam orta məktəbin X sinif şagirdləri Rüstəmov Xalid Cavad oğlu I yerə, Ağayev Ağa İsrafil oğlu isə riyaziyyat fənni üzrə III yerə layiq görülmüşlər.

Təhsil Nazirliyi, H.Əliyev fondu, YAP, Nəqliyyat,Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunan ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən H.Əliyev -95 ildönümünə həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsində Böyük Xocavar kənd tam orta məktəbin IX sinif şagirdi Feyzullayev İqrar Anar oğlu II yerə layiq görülüb.

5 rayonun (Lerik,Yardımlı,Astara,Lənkəran,Masallı) hər birinin VII sinif şagirdləri arasında AFFA-nın rəhbərliyi ilə keçirilən “Coca – Cola Məktəbli kuboku”nun Respublika zona yarışında Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin mini futbol komandası finala vəsiqə qazanaraq respublika üzrə III yerə layiq görülmüşdür.

Dövlər imtahan mərkəzində I-V qruplar üzrə 726 nəfər qeydiyyatdan kecib. I-IV ixtisas qurupları üzrə keçirilən yaz imtahanında 70 abituriyent 500-600 arası,29 abituriyent isə 600-700 arası nəticə göstərmişlər. Hacıtəpə kənd tam orta məktəbin XI sinif şagirdi Müseyibzadə Eltun Elşən oğlu 691 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni göstərərək tələbə adını qazanıb.

Tədbirin sonunda Masallı RTŞ-nin müdiri T.Əkbərov və ATİAHİ-nin Masallı rayon komitəsinin sədri S.Eyvazov tərəfindən təhsildə uğur qazanmış şagirdlər fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Birdaha bildirildi ki,bundan sonra da Masallı gənclərinin yüksək təhsil alması üçün diqqət ,qayğını artıracağıq və inanırıq ki, sizlərin sayəsində daha da böyük uğurlar qazanacağıq.