22.09.2018

“ Müstəqilliyimiz əbədidir” mövzusunda “İnşa –yazı” müsabiqəsi kecirilib

                 21 sentyabr tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti ili “nə həsr olunmuş “ Müstəqilliyimiz əbədidir”mövzusunda “İnşa –yazı” müsabiqəsi kecirilib.

                Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı RTŞ-nin əməkdaşları Əkbər Mahmudov və Gülağa Məmmədov cıxış edərək müsabiqə iştirakcılarına uğurlar arzulamışlar. Müsabiqənin sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.

                İnşa yazı müsabiqəsində VIII-IX sinif şagirdləri arasında Şıxlar 2 nömrəli ümumi orta məktəbinin VIII sinif şagirdi Məmmədova Sara Anar qızı I yerə, Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi Ağayeva Günel Mirzəxan qızı II yerə, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məmmədli Jalə Ramin qızı III yerə layiq görülmüşlər.

               X-XI sinif şagirdləri arasında isə Hüseynhacılı kənd tam orta məktəbin XI sinif şagirdi Abdullayeva Günay Fərahim qızı I yerə, Təzə Alvadı 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulqəniyeva Rübabə Ehtiram qızı 2 yerə , Təzə Alvadı I nömrəli tam orta məktəbin XI sinif şagirdi Kərəməliyeva Aytac Oruc qızı III yerə layiq görülüblər.

                Qaliblər diplomlarla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,