22.09.2018

Gənc müəllimlərlə görüş keçrilib

             2018-2019-cu tədris ilində Masallı rayonu üzrə müxtəlif fənlər üzrə 200-dən artıq iş yeri vakant göstərilmişdir. Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən müəllimlərin 100-dən coxu müvəffəqiyyətlə imtahan verərək, vakant yerlərə təyin olunmuşlar. Onların arasında Azərbaycanın digər rayonlarından gələn müəllimlərin sayı da az deyil. Gənc kadrların iş yerində, yaşayış yerində yarana biləcək problemlərin həlli məqsədi ilə Masallı rayon Təhsil Şöbəsində 21sentyabr tarixdə görüş keçirildi. Tədbirdə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov cıxış edərək işə təyin olunan müəllimləri təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı və bildirdi ki, iş prosesində onlara diqqət və qayğı ilə yanaşılacaqdır. Sonra isə tədbir iştirakcılarını maraqlandıran suallara cavab verildii. Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbin gənc müəllimi Adıgözəlova Şəhla və Eminli kənd tam orta məktəbinin müəllimi İbrahimova Səma onları narahat edən məsələlər barədə suallar verdilər. Verilən suallar RTŞ-nin müdiri tərəfindən cavablandırıldı. Müəllimlərə, gələcək fəaliyyətlərində uğurlar arzulandı.


Açar sözlər: ,  ,