26.09.2018

“Müstəqilliyimiz əbədidir” mövzusunda“ Rəsm ”müsabiqəsi kecirilib

          25 sentyabr tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti ili “nə həsr olunmuş “Rəsm” müsabiqəsi kecirilib.

          Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı RTŞ-nin əməkdaşı Əyyar Bürhanov cıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulamışlar. Müsabiqənin sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.

          Rəsm müsabiqəsində N.Nərimanov adına şəhər 2 nömrəli məktəbin X sinif şagirdi Qasımova Pərvin Firdovsi qızı I yerə, İ.Nağıyev adına Boradigah 2 saylı tam orta məktəbin III sinif şagirdi Ağayeva Gülər Mehdi qızı II yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavadzadə Şamxal Qalib oğlu III yerə layiq görülüb.

         Qaliblər diplomlarla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,