26.09.2018

Azərbaycan Xalq Cümhuriyyəti ili” nə həsr olunmuş bilik yarışı

                      26 sentyabr tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “ASAN” intellektual İnkişaf Mərkəzində Masallı rayon ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti ili “nə həsr olunmuş “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon seçim turu kecirilib.

                     Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı RTŞ-nin əməkdaşı Abbas Abbaszadə çıxış edərək bilik yarışı iştirakçılarına uğurlar arzulayıblar.

                     Maraqlı mübarizə şəraitində keçən bilik yarışının sonunda “Dəfinə“ məktəb- liseyi I yeri, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbi II yeri, N.Nərimanov adına şəhər 2 nömrəli tam orta məktəbin komandası III yeri tutublar.

                     Qaliblər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,