25.10.2018

Abusət Zeynalov ”Tərəqqi”medalı ilə təltif edilmişdir.

          Abusət Zeynalov İsaq oğlu 20 oktyabr 1959 –cu ildə Böyük Xocavar kəndində anadan olub. 1966-cı ildə Böyük Xocavar kənd səkkizillik məktəbinin I sinfinə daxil olub. 1976-cı ildə Nəriman Nərimanov adına 2 nömrəli məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji Univerisitetinə qəbul olmuşdur. 1982-ci ildən B.Məmmədov adına Böyük Xocavar tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 2005-ci ildən həmin məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktor vəzifəsində çalışır.

          2015-ci ildə məktəbin XI sinif şagirdi Həmidov Röyal Qəşəm oğlu Dünya Kimya Olimpiadasında iştirak edərək uğur qazanmışdır.

          2016-cı ildə məktəbin X sinif şagirdi İsrafilov Vəli Rəşadət oğlu Üzgüçülük üzrə milli komandanın üzvü, Polşada kecirilən olimpiya lisenziyalı turnirdə III yerlə mükafatlandırılmışdır.                                                          Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2017-ci ildə Fəxri fərmanla təltif edilmişdir.

          Masalı RİH tərəfindən 2017-ci ildə fəxri fərmanla təltif edilmişdir.  

         2017-ci il məktəbin IX sinif şagirdi Feyzullayev İqrar Anar oğlu “H.Əliyev 95”-ən yaxşı təqdimat” respublika müsabiqəsində III yeri tutmuşdur.

         Son tədris ilində dörd şagird 600-700-arası bal toplayaraq Ali məktəblərə qəbul olmuşdur.

         Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə , Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Abusət Zeynalov Təhsil işcilərinin”Tərəqqi”medalı ilə təltif edilmişdir. .


Açar sözlər: ,  ,