06.11.2018

Atletka idman növü üzrə rayon birinciliyi

Masallıda Məktəblər arasında Atletika idman növü üzrə Respublika çempionatının Rayon birinciliyi keçirilib. 04-05 oktyabr 2018-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin və Masallı Olimpiya Kompleksinin birgə təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində Məktəblər arasında Atletika idman növü üzrə Respublika çempionatının Rayon birinciliyi keçirilib. Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq Prezident cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq bildirdi ki, bu gün Ölkənin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da idmanın ikişafı gündən günə yüksəlməkdədir. Hər il idmançılarımızın qazandıqları uğurlu nəticələr bunu deməyə əsas verir ki, idmana qayğı Ölkə Rəhbərliyi tərəfindən daima diqqət mərkəzində saxlanılır. Sonda bir daha iştrakçılara uğurlar arzuladı.

Tədbirdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin İdman sahəsi üzrə baş məsləhətçisi Şaban Əliyev ,Rayon Təhsil şöbəsinin metodkabinetin müdiri Bəybala Xəlilov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlfağa Yaqubov çıxış edərək məktəbliləri salamlamış və bu yarışda onların hər birinə uğurlar arzulamışlar.Yarışın yekununda Q.Babayev adına Mahmudavar kənd ümümi orta məktəbin komandası I yerə, 3 saylı Ərkivan qəsəbə tam orta məktəbin komandası II yerə, X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşlər.Qalib gəlmiş komandalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Təhsil nazirliyinin , Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə hazırladığı diplomlarla təltif edilmişdir.


Açar sözlər: ,  ,