09.11.2018

Masallıda 09 Noyabr “Dövlət Bayrağı Günü” nə həsr olunmuş “İnşa-yazı” müsabiqəsi keçirilib.

07-08 Noyabr 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon ümumtəhsil məktəblərinın IX-XI sinif şagirdləri 09 Noyabr “Dövlət Bayrağı Günü” nə həsr olunmuş “İnşa-yazı” müsabiqəsi keçirilib. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək Azərbaycanın dövlət bayrağının tarixindən danışıb.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov , Qəriblər kənd tam orta məktəbinin dil ədəbiyyat müəllimi Kənan Haşımov, Dəfinə-məktəb liseyinin dil ədəbiyyat müəllimi Pərvin Sadıqova iştirak ediblər.

Gənclər Mərkəzində təşkil olunan “İnşa-yazı” müsabiqəsində ümumilikdə 46 məktəbdən 80 nəfərə yaxın şagird iştirak edib.

İnşa-yazı müsabiqəsində IX sinif şagirdləri arasında R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Quliyeva Gövhər Ramil qızı birinci yerə, X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbin IX sinif şagirdi Həsənova Türkan Həsən qızı ikinci yerə, E.Əhədov adına Təzə Alvadı 1 nömrəli kənd tam orta məktəbinin IX sinif şagirdi Həbişzadə Səma Pərviz qızı üçüncü yerə layiq görülmüşlər.

X- XI sinif şagirdləri arasında Hüseynhacılı kənd tam orta məktəbinin XI sinif şagirdi Abdullayeva Günay Fərahim qızı birinci yerə, Dəfinə-məktəb liseyinin XI sinif şagirdi Əşrəfova Aydan Alxas qızı ikinci yerə, E.Əhədov adına Təzə Alvadı 1 nömrəli kənd tam orta məktəbinin X sinif şagirdi Abdulqəniyeva Rübabə Ehtiram qızı üçüncü yerə layiq görülmüşdür.

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.


Açar sözlər: ,  ,