10.11.2018

Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu

08 noyabr 201 8 -ci il tarixdə Masallı şəhər Bayraq Meydanında 9 noyabr-Bayrağ Günü və 12 noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak etmişdir.

Bayram tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrik çıxışı ilə başlanmışdır.Rayon rəhbəri vurğulamışdır ki,. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrinin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyi, Azərbaycan Prezidentinin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunmasının, Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsinin və burada dünyada ən hündür bayraq dirəyinin ucaldılmasının bunun bariz nümunəsi olduğu qeyd edilib.

1996-ci ilin 6 fevral tarixində  H. Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğu vurğulanıb. Tədbir bayrağımız və konstitusiyamız haqqında Masallı Dövlət Regional Kollektivinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi, Masallı rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi, eləcə də solistləri Miriş Hüseynov, Məlahət Əzizli, Atamoğlan Zahidov, Şamo İbayev, Aysel Məhərrəmovanın, “Masallı” rəqs kollektivinin çıxışları ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,