21.11.2018

Masallıda ağacəkmə kampaniyası davam edir

17noyabr tarixdən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Təhsil, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə kampaniyası keçirir.

Tüklə, Hişkədərə, Türkoba, Bədəlan, Qızılavar və digər məktəblərin şagirdləri də ağacəkmə aksiyasına qoşulublar.

İməcilk zamanı, həmçinin, əvvəllər əkilən ağac və bəzək kollarına, yaşıllıqlara da qulluq göstərilib, səliqə-sahman yaradılıb. Əkilən tut ağacları həm də rayonda baramaçılığın inkişafına stimul olacaqdır. Bu münasibətlə rayona Kənd Təsərrüfatı və Ekologiya Nazirliklərinin xətti ilə 40 min ədəd tut ağacı gətiriləcək və ağacəkmə aksiyası mərhələli şəkildə davam etdiriləcək.


Açar sözlər: ,  ,