23.11.2018

Masallıda  “Breyn- rinq ” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib

      22-23 noyabr tarixdə “ASAN” İntellektual İnkişaf Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” nə həsr olunmuş gənclər arasında “Breyn-rinq ” İntellektual bilik yarışı üzrə Rayon birinciliyi keçirilib.

      Tədbirin açılış mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman idarəsinin rəis müavini Oktay Mütəllimov Dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edən milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşılanması, gənclərin intellektual inkişafı, onların asudə vaxtlarını səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində Rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.

      Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib, oyunun şərtlərini izah edib. Bildirib ki, bu cür yarışların keçirilməsi gənclərin Azərbaycanın şanlı tarixi haqqında daha ətraflı məlumatlandırılaması, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. İki gün davam edən intellektual bilik yarışında Masallı rayon tam orta ümümtəhsil məktəblərinin X-XI sinif şagirdlərinidən ibarət 30 məktəb şagirdləri ilə yanaşı Masallı regional “ASAN” xidmət mərkəzinin könüllülərdən ibarət bir komandası da iştrak etmişdir.

      Maraqlı mübarizə şəraitdə keçən bilik yarışının sonunda I yeri “Dəfinə” məktəb liseyinin “Dəfinə” komandası , II yeri S.Hacıyev adına Viləş kənd tam orta məktəbinin “Viləş” komandası, III yeri Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin “Ərkivan” komandası tutmuşdur. Fərqləndiyinə görə isə Masallı regional ASAN xidmət mərkəzinin könüllülərdən ibarət komandası diplomla mükafatlandırıldı.

      Qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

 


Açar sözlər: ,  ,  ,