30.11.2018

“Doğma yurdum Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi 

       29 noyabr tarixdə Masallı rayon Gənclər və İdman İdarəsində “ Ölkəmizi tanıyaq “ tur- aksiyasında iştirak etmiş məktəblilər arasında “Doğma yurdum Azərbaycan” mövzusunda inşa müsabiqəsi keçirilib.Layihədə iştirak edən şagirdlər səyahət zamanı gəzdikləri Gəncə,Şəmkir və Göygöl rayonlarında gördükləri tarixi abidələr,mənzərələr haqqında yadda qalan təəsuratlarını əks etdirən inşalar yazmışlar.

      İnşa müsabiqəsində “Dəfinə”məktəb liseyin X sinif şagirdi Əsgərova Minarə Araz qızı I yerə, Mahmudavar kənd tam orta məktəbin X sinif şagirdi Qafarova Aytac Mail qızı II yerə, S.Hacıyev adına Viləş kənd tam orta məktəbin X sinif şagirdi Əhmədova Dürbala Əvəz qızı III yerə layiq görülüblər. Qaliblər Masallı Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərmanlarla təltif olunub.


Açar sözlər: ,  ,