18.12.2018

Cəlilabadda voleybol idman növü üzrə zona birinciliyi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilən məktəblilər arasında respublika çempioanatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə zona yarışı keçirilib.

Cəlilabad rayon Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Cənub zonasından Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının məktəb komandaları mübarizə aparıb.

Yarışların nəticəsi olaraq I yeri Masallı rayon, II yeri Lənkəran şəhər, III yeri Astara rayon komandası tutub.

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb


Açar sözlər: ,  ,