25.12.2018

İdman sahəsində yüksək nəticələr əldə etmiş idmançılarla görüş  keçirilib

24 Dekabr 2018-ci il tarixdə Masallı rayon  Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” və rayonda 2018-ci ildə idman sahəsində yüksək nəticələr əldə etmiş idmançılarla görüş  keçirilib    

Tədbirdə Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək bildirdi ki,  Ümummilli lider Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi. Bu gün, Prezident cənab İlham Əliyevin diqqəti nəticəsində idmançılarımız həm  Respublika , həmdə Beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər. Bu idmançılar arasında təbii ki, Masallı rayon idmançılarının da adları vardır.Bunlardan S.Tağıyev adına şəhər 4 saylı Digah tam orta məktəbin IX sinif şagirdi Vəliyev Rahid Nahid oğlu,İspaniya Krallığının Mariya Dor şəhərində Taekvando idman növü üzrə yeniyetmələr arasında keçirilən Avropa birinçiliyində II yerə layiq görülmüşdür.Digər şagirdimiz, Təzə Alvadı kənd 2 saylı tam orta məktəbin XI sinif şagirdi Babayeva Nərmin Elçin qızı Sumqayıt şəhərində keçirilən cudo idman növü üzrə VII  beynalxalq yarışda III yerə, Bakı şəhərində azyaşlı yeniyetmələr arasında keçirilən Respublika birinciliyində III yerə layiq görülmüşdür.Tariyel Əkbərov İl ərzində nəticə qazanmış idmançıları təbrik edərək onlara uğurlar diləmişdir.

Tədbirdə  E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev, S.Tağıyev adına Digah 4 saylı tam orta məktəbin direktoru Namiq Ağayev ,Məşqçi-müəllimlərdən Ədalət Ağayev və başqaları çıxış edərək idmançılarımıza bundan sonar da  daha yüksək zirvələr fəth etməyi arzuladılar. 

Tədbirin sonunda il ərzində uğur qazanmış idmançılara Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin Fəxri Fərmanları və hədiyyələri təqdim olundu.


Açar sözlər: ,