27.12.2018

Masallı UGİM-də təqdimat mərasimi kecrilib

27 dekabr 2018-ci il tarixdə Masallı UGİM-də məktəbin toxuculuq dərnəyinin üzvü, IX sinif şagirdi  Əliyeva Hüriyyə Qərib qizinin Respublika müsabiqəsində qazandığı uğura həsr olunmuş təqdimat mərasimi keçirilmişdir. Tədbirdə UGİM-in direktoru Ə. Axundova çıxış edərək mərkəz haqqında məlumat vermiş, qazanılan uğurlardan danışmışdır. O, qeyd etmişdir ki,  20 dekabr 2018-ci ildə Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə təşkil etdiyi “ Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsində mərkəzin dərnək üzvü Əliyeva Hüriyyə “Yumşaq oyuncaq” nominasıyası üzrə III yerə layiq görülmüşdür. Bu uğura görə şagirdimiz Təhsil və Fövqəladə Hallar Nazirliklərinin fəxri fərmanı və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Tədbirdə iştirak edən Masallı RTŞ-nin əməkdaşı  Ə. Mahmudov  öz çıxışında mərkəzin müəllim və şagird kollektivini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasıbətilə təbrik etdi. O, Əliyeva Hüriyyəyə və məktəbin digər şagirdlərinə uğurlar arzuladı. Fəxri fərman və hədiyyələri  H.Əliyevaya təqdim etdi.

Tədbirdə məktəbin şagirdləri müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış etdilər.