09.01.2019

“Tariximizə qara hərflərlə yazılmış gün ” mövzusunda “İnşa-yazı” və “Rəsm”  müsabiqələri keçirilib

08-09  yanvar  tarixdə  Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  Gənclər Mərkəzində  Masallı rayon  ümumtəhsil məktəbləriinin IX-XI sinif şagirdləri arasında “20 Yanvar – Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “Tariximizə qara hərflərlə yazılmış gün ” mövzusunda “İnşa-yazı” və “Rəsm”  müsabiqələri keçirilmişdir.Tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini  Oktay Mütəllimov tədbirdə  çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsidir.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri Nazim İsrafilov, Əyyar Burhanov , Əkbər Mahmudov çixış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirmişlər.

Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:İnşa-yazı müsabiqəsində IX-X sinif şagirdləri arasında Şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Kazımova Mehriban Mehman qızı birinci yerə, Sığıncaq kənd tam orta məktəbin X sinif şagirdi Şahəliyeva Səidə Niyaməddin qızı ikinci yerə,  Bala Kolatan   kənd tam orta məktəbinin  X sinif şagirdi Ağayeva Sevinc Əli qızı  üçüncü  yerə  layiq görülmüşlər.

XI sinif şagirdləri arasında  Hüseynhacılı kənd tam orta məktəbin XI sinif şafirdi Abdullayeva Günay Fərahim qızı birinci yerə, B.Məmmədov  adına Böyük Xocavar kənd tam orta məktəbinin XI sinif şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı ikinci yerə, Mahmudavar kənd tam orta məktəbinin XI sinif şagirdi Əliyev Murad Şahbala oğlu üçüncü yerə layiq görülmüşdür.

Rəsm müsabiqəsində IX-X sinif şagirdləri arasında Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbin IX sinif şagirdi Fərəcova Aytac Həbib qızı birinci yerə, N.Nərimanov adına Şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əliyev İman Əhəd oğlu ikinci yerə, B.Məmmədov Böyük Xocavar kənd tam orta məktəbin X sinif şagirdi Babayev Əlisa Musa oğlu üçüncü yerə layiq görülmüşdür

XI sinif şagirdləri arasında C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavadzadə Şamxal Qalib oğlu birinci yerə, Viləş kənd tam orta məktəbin XI sinif şagirdi Əkbərov Əli Ağadədə oğlu ikinci yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavadov Rahid Nahid oğlu üçüncü yerə layiq görülmüşdür.

Müsabiqədə  qalib gəlmiş  bütün  şagirdlər Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar.


Açar sözlər: ,  ,