04.02.2019

Masallı ümumtəhsil məktəblərində keşrilən sınaq imtahan nəticələrinin təhlili keçirilib

01 fevral tarixdə Masallı şəhər 1 saylı tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ücün keçirilən buraxılış imtahanlarının II turuna aid sinaq imtahanlarında göstərilən nəticələr təhlil etmək ücün məktəb rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə iclas keçirildi. İclası giriş sözü ilə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov açaraq, sınaq imtahanında göstərilən nəticəni iştirakçıların diqqətinə çatdırdı. Sınaqda zəif nəticə göstərən məktəblərin fənn müəllimləri ilə fikir mübadiləsi aparıldı, nəticənin zəif olması səbəbləri araşdırıldı. Eyni zamanda yüksək nəticə göstərmiş məktəblərin fənn müəllimlərinin fikirləri dinlənildi.

RTŞ-nin müdir müavini Samit İslamov öz çıxışında yeni qiymətləndirmə metodu haqqında ətraflı məlumat verdi və 2018-2019-cu tədris ilinin ikinci yarsında şagirdlərin biliyinin qiymətləndirilməsi istiqamətində bal sistemini və qiymətlərin hesablanma qaydasını izah etdi.

Metodkabinetin müdiri Bəybala Xəlilov çıxış edərək respublika fənn olimpiadalarının rayon turunun keçrilməsi haqqında məlumat verdi. O,eyni zamanda “Ədəbiyyat biliciləri”, ”Ən yaxşı təqdimat” müsabiqələrində iştirak edəcək şagirdlərin hazırlanması istiqamətində görülən işlərdən danışdı.

Qəriblər kənd tam orta məktəbinin direktoru Ş.Əliyev və Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin direktoru M.Sadıqov çıxış edərək IX sinif şagirdlərinin buraxılış imtahanlarında uğur qazanması üçün məktəbdə görülən işlərdən danışdılar.

 Sonda Dövlət İmtahan Mərkəzinin keçirəcəyi buraxılış imtahanında yuksək nəticə əldə etmək ücün məktəb rəhbərlərinə və fənn müəllimlərinə lazımi tədbirləri həyata keçirmək ücün təlimatlar verildi.


Açar sözlər: ,  ,