13.03.2019

“Şahin” Hərbi-idman oyunlarının Masallı rayon birinciliyi

12-13mart tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin ,Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər 3 nömrəli tam orta məktəbində Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək komandaları salamlamış və yarışın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, yarış yeniyetmə və gənclərin hərbi vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Tədbirdə Rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov, yarışın baş hakimi şəhər 6 nömrəli tam orta məktəbin hərbi müəllimi Camaləddin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı kapitan Vüqar Əhmədov və başqaları çıxış edərək yarışda iştirak edən komandalara uğurlar arzulamışlar.

Sonra rayonun tam orta ümumtəhsil məktəbinin komandaları arasında yarışın startı verilmişdir. Komandalar sıra hazırlığı və digər yarışlarda qüvvələrini sınamışlar.Yekun nəticələrə əsasən, S.Tağıyev adına şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin komandası ikinci ,N.Aslanov adına Miyənkü kənd tam orta məktəbinin komandası üçüncü yerləri tutmuşlar.Fərqləndiyinə görə isə S.Hacıyev adına Viləş kənd tam orta məktəbinin komandası,Qəriblər kənd tam orta məktəbin komandası,S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbin komandası və şəhər 6 nömrəli tam orta məktəbin komandası Diplomla mükafatlandırılmışlar.

Yarışın qalibi olan S.Tağıyev adına şəhər 4 nömrəli tam orta məktəbin komandası“Şahin” hərbi-idman oyunu üzrə Cəlilabad rayonunda keçiriləcək Lənkəran-Astara zonası üzrə zona mərhələsinə vəsiqə qazanmışdır. Yarışda qalib gəlmiş komandalar Gənclər və İdman İdarəsi tərəfində diplomla mükafatlandırıldı.

 


Açar sözlər: ,  ,  ,