18.04.2019

Masallı rayon ümumtəhsil məktəblərində çalışan rəhbər işçilərlə görüş keçrilib.

16 aprel tarixində Masallı şəhər 1 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin direktor,təlim-tərbiyə işləri üzrə direktor müavinləri,UGB və psixoloqların iclası keçirilmişdir.İclas məktəblərdə təlim-tərbiyə ,nizam-intizam işinin möhkəmləndirilməsi,rəhbər vəzifədə işləyənlərin vəzifə səlahiyətlərinin yerinə yetirilməsi,erkən nigah,zərərli vərdişlərə aludəçilik,dini ekstremizmə  qarşı mübarizə, istedadlı şagirdlərin üzə çıxarılması məsələlərinə həsr olunmuşdur.

İclası Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov açaraq gündəlikdə duran məsələlər haqqında qısa məlumat verərək sözü RTŞ-nin əməkdaşı, “Masallı zuyalıları” İctimai birliyinin sədri Qardaş Fətullayevə verdi. Q. Fətullayev məktəblərdə baş verə biləcək neqativ halların qarşısını almaq yolları haqqında danışdı. O, bildirdi ki, şagirdlərin asudə vaxtlarını da elə təşkil etmək lazımdır ki, onlar zərərli təsir altına düşməsinlər.

Sonra çıxış edən  ATİAHİ Masallı rayon komitəsinin sədri Səfail Eyvazov ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilərin vəzifə səlahiyyətlərindən danışdı  və əmək intizamına əməl etməyin vacibliyini qeyd etdi.

Masallı RTŞ-nin müdir müavini Samit İslamov cıxış edərək məktəblərdə növbətcilik qaydaları haqqında danışdı.O,bildirdi ki,məktəbdə baş verən hər hansı bir hadisə haqqında dərhal Təhsil Şöbəsinə məlumat verilməlidir.

Masallı RTŞ-nin məsləhətcisi Qoşqar Hətəmov öz çıxışında məktəb sənədlərinin qaydaya salınması haqqında  məlumat verdi.

Masallı RTŞ-nin metodisti Əkbər Mahmudov cıxış edərək məktəblər arasında istedadlı şagirdlərin üzə cıxarılması və uşaqların istedadlarının yönləndirilməsi yolları haqqında danışdı. İclasın sonunda tədbir iştirakçılarının  fikir, rəy, təklifləri dinlənildi və onları maraqlandıran  suallara cavab verildi.

İclasda Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov çıxış edərək məktəb rəhbərlərinin qarşısında duran vəzifələr haqqında fikrini bildirdi O qeyd etdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev son dövürlərdə imzaladığı sərəncamlar xalqımızın rifah halının yüksəlməsinə xidmət edir.Bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də göstərilən diqqət və qayğının nəticəsində ölkəmizdə dinamiq inkişaf müşahidə olunur.Ölkə rəhbərinin qayğısına cavab olaraq təhsil işçilərinin dəqarşısında duran əsas  vəzifə təhsilin kefiyyətinin yüksəltməkdir. O,bildirdi  ki,məktəb rəhbərliyində təmsil olunan pedoqoji işçilər öz vəzifə funksiyalarına ciddi əməl etməlidirlər.Şagirdlər arasında təlim-tərbiyyə işini günün tələbi səviyyəsində qurmaq,baş verə biləcək neqativ halların qarşısını almaq ücün nəzarəti gücləndirmək , şagirdləri zərərli vərdişlərdən çəkindirmək hər bir müəllimin peşə borcudur.T.Əkbərov məktəb pisxoloqlarını səlahiyətlərini xüsusilə vurğulayaraq qeyd etdi ki,məktəblərdə cətin tərbiyyə olunan ,məktəbin daxili intizam qaydalarına əməl etməyən şagirdlərlə iş aparmaq onların pisxoloji vəziyyətini aydınlaşdırmaq pisixoloqların birbaşa vəzifəsidir.Ona görə də,pisixoloqlar belə uşaqların valideyinləri ilə sıx əlaqə saxlamalı,həmin uşaqlara il boyu nəzarət etməlidirlə.

T.Əkbərov milli mənəv dəyərlərimiz hqqında danışaraq bildirdi ki,Ulu öndər Heydər Əliyevin və görkəmli alim Zərifə Əliyevanın anadan olmasının 96 –cı il dönümləri ,eləcə də Azərbaycan mədəniyətində və ədəbiyyatında görkəmli xidmətləri olan C.Cabbarlı ,İ.Şıxlı və digər sənətkarların il dönümləri məktəblərdə silsilə tədbirlər şəklində qeyd olunmalıdır.Bu tədbirlərin kecrilməsinə  məktəb rəhbərliyi məsuliyyət daşıyır.

Eyni zamanda məktəblərdə sağlam mənəvi-psixoloji  və təhlükəsiz  mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi haqqında geniş müzakirə aparıldı.


Açar sözlər: ,  ,  ,