20.06.2019

2018-2019 Mövsümünün qalibi

Təhsil Nazirliyi, AFFA və "Coca-Cola" şirkəti VII sinif şagirdləri arasında təşkil etdiyi “Məktəbli kuboku” üzrə ümumrespublika mini futbol yarışı keçirib. Bu yarışda 2700 məktəb iştirak edib. Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinin VII sinif şagirdlərindən ibarət komanda rayon üzrə 50 məktəb arasında I yeri qazanaraq, zona birinciliyinə vəsiqə qazanmış və Cənub zonası üzrə beş rayon arasında birinci yeri tutmuşdur.

Şirvan şəhərində keçirilən 8/1 finalda Beyləqan və Kürdəmir komandalarına qalib gələrək, 4/1 finalda Abşeron, 2/1 finalda isə Xəzər komandasını məğlub etmişdir.

19 iyun tarixdə Masallı Olimpiya İdman Kompleksində Ağdamın 18 nömrəli Quzanlı məktəbinin komandası ilə finalda görüşmüş və 5-0 hesabı ilə qalib gələrək, Respublika birincisi olmuşdur. Final mərhələsində Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, AFFA-nin baş katibi Elxan Məmmədov, veteran futbolçulardan İsgəndər Cavadov, Asif Əliyev, "Coca-Cola" şirkətinin məsul işçisi Elşad Fərzəliyev, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov və digər məsul şəxslər iştirak edərək qalib komandaların mükafatlarını təqdim etmiş və onlara gələcək yarışlarda qələbələr arzulamışlar.

Komandamızı qalibiyyət münasibəti ilə təbrik edirik !


Açar sözlər: ,  ,  ,