06.09.2019

Cəlilabad rayonunda Masallı ,Cəlilabad və Yardımlı təhsil işçilərinin sentyabr konfransı kecrilib.

5 sentyabr tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən Cəlilabad, Masallı və Yardımlı rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.

Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib.

Daha sonra Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Aydın Əhmədov buraxılış və qəbul imtahanlarının nəticələri, təhsil sahəsində tətbiq olunan yeniliklərin təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub. Aydın Əhmədov ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

2019-2020-ci tədris ilinin əsas prioritetlərindən söz açan Aydın Əhmədov təhsil işçilərinə yeni dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb.
              Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.

 


Açar sözlər: ,  ,