13.01.2020

Masallıda fənn olimpiadalarının birinci mərhələsi keçirilib.

12 yanvar tarixdə Masallı rayonunda da məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib. Masallı şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən fənn olimpiadalarında Masallı rayon ümumtəhsil məktəblərindən 470 şagird iştirak edib.
Fənn olimpiadası riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan VIII sinif şagirdlərinin iştirakına da icazə verilib.

Fənn olimpiadalarının keçrilməsində Masallı RTŞ yanında Təhsilə İctimai Dəstək Qrupunun üzvləri fəal iştirak ediblər.

Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov mərkəzdə olaraq, fənn olimpiadasının gedişatı ilə tanış olmuşdur.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Olimpiadalar rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.