03.03.2020

Fənn olimpiadalarının qalibləri ilə görüş keçrilib

Masallı rayon ümumtəhsil məktəblərinin respublika fənn olimpiadalarının yarımfinal mərhələsində 62 şagirdi iştirak edib. Onlardan 12 nəfər olimpiadanın final turuna vəsiqə qazanıb. Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov qalib gəlmiş şagirdlər və onların fənn müəllimləri ilə, eləcə də təhsil aldıqları məktəblərin rəhbər işçiləri ilə görüşüb. O, həmin şagirdləri təbrik edərək onların problemlıri ilə maraqlanıb. Ümid etdiyini bildirib ki, uğur qazanmış şagirdlər olimpiadanın respublika mərhələsində də rayonumuzu layiqincə təmsil edəcəklər.

Yarımfinal mərhələsində qalib gəlmiş şagirdlər Masallı Rayon Təhsil Şöbəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.